"Kösem" reytinq böhranından xilas oldu
13 May 2016 19:08 DünyaTürkiyənin ən böyük büdcəli serialı - "Muhteşem yüzyıl: Kösem" serialı reytinq bataqlığından xilas olub. Qafqazinfo xəbər verir ki, tarixi layihə ən çox baxılan seriallar siyahısına daxil olmağı bacarıb. "Muhteşem yüzyıl: Kösem"in ötən gün yayımlandığı 26-cı bölümü isə serial izləyicilərinin rəğbətini qazanıb. Ekran işi Total cədvəlində 16, AB-də 2-ci və ABC1-də isə 4-cü sırada öz yerini tapıb. Xatırladaq ki, serial son 3 həftə ərzində reytinq cədvəllərində irəliləməyə başlayıb.
Qeyd edək ki, serial ötən həftə ABC1 qrupunda 5-ci, AB qrupunda 4-cü sırada, Total siyahısında isə 19-cu sırada qərarlaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00