Suriyada İrana ciddi zərbə vurulub

Ötən həftə Suriyada Dəməşq-Hələb şossesi üzərində yerləşən  Xan-Tuman və Ayn Əs məntəqələrində  gedən döyüşlərdə 80 nəfərdən çox İranlı hərbiçinin öldürldüyü bildilir. Döyüşlərdə iki generalın Cavad Durbin və Şəfi Şəfiinin də öldürldüyüyü bildilir. Həlak olan hərbiçilərin çoxusunun Kərbəla diviziyasının əsgərləri olduğu gələn xəbərlər sırasındadır. 6 nəfər İran əsgərinin və iki Hizbullah üzvünün əsir aldığı bildilir.Olaydan sonra  dini lider Əli Əkbər Xamneyinin  baş müşviri Əli Əkbər Vilayətinin təcili olaraq Suriyaya uçduğu məlumatı da mövcuddur. Bir çox hərbi analitik bu döyüş zamanı Rusiyanın passiv qalmasını başa düşmədiklərini iafdə edirlər.  Rəsmi İran dairələri Rusiyaya tənqidlə yanaşmasada bəzi İran KİV ləri olay ilə əlaqədar Moskvanı ciddi şəkildə tənqid ediblər. Bir qəzet (Tabnak) olayı bu şəkildə ifadə edib "Ruslar Palmirada konsert verməyin yerinə bizim əsgərlərə hava dəstəyi  versə idilər yaxşı olardı" Ganun qəzeti " Hələb Kərbəla oldu" başlıqları ilə nəşr ediliblər. Bir İranlı yüksək rütbəli zabit Suriyadan çıxsaq nə olar sualına isə çox maraqlı şəkildə cavab verib. O deyib " Suriyadan çıxsaq  eyni düşmən Qərbi Kürdüstanda qarşımıza çıxacaq." Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00