İsrail qırıcısı Suriya aeroportunu bombaladı

İsrailin Hərbi Hava Qüvvələrinin aviasiyasının Dəməşq yaxınlığında yerləşən aeroportu bombalaması nəticəsində Hizbullahın komandirlərindən biri Mustafa Bədruddin dünyasını dəyişib. Bu barədə faktxəbər məlumat verir. Hizbullah təşkilatının mətbuat xidmətindən bildiriblər ki, o, 1982-ci ildən başlayaraq bir çox strateji əməliyyatlarda iştirak edib.

Qeyd edək ki, Mustafa Bədruddin şəhid Muğniyənin qaynı və Hizbullah təşkilatının rəhbəri Seyyid Həsən Nəsrullahın müşavirlərindən biri olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00