İstanbulda hərbi hissənin yanında partlayış olub, 6 hərbçi yaralanıb
12 May 2016 18:47 DünyaBu gün İstanbulda partlayış törədilib. APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Sancaktəpə rayonunda baş verib. Osmanqazi prospektində yerləşən hərbi hissənin yaxınlığındakı minik avtomobili partladılıb. Partlayış hərbçilərin olduğu xidməti maşın keçərkən törədilib. İlkin məlumata görə, maşında olan 6 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00