"Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər"
12 May 2016 16:48 DünyaErmənistanda dünyanın bu və ya digər hissəsini yaşayış üçün yararsız edə biləcək yüksək zənginləşdirilmiş radioaktiv elementlərin bəzi ehtiyatları ola bilər. Milli.Az bildirir ki, bunu Trend-ə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyanın ölkənin nüvə silahı olması barədə bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, sovet dövründə belə radioaktiv materialların saxlandığı çoxlu yerlər olub və yəqin ki, onların müəyyən hissəsi Ermənistanda saxlanılır. P.Qobl Ermənistanın nüvə silahı olmasına və ya onun gələcəkdə istehsalı imkanına şübhə ilə yanaşır: "Hətta nüvə silahına malik olmaqla bağlı söhbətlər təhlükəlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00