Türkiyədə 320 min illik yaşayış məskəni tapılıb
12 May 2016 12:31 DünyaTürkiyənin Uşak vilayətində təxmini yaşı 320 min il olan yaşayış məskəni tapılıb. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, yaşayış yeri Uşak Universitetinin Fən və Ədəbiyyat fakültəsinin Arxeologiya bölümünün apardığı tədqiqat zamanı aşkar edilib. Qazıntılar Binnaz rayonunun Örən və Gediklər kəndləri yaxınlığında aparılıb. Araşdırmalara rəhbərlik edən Dossent Səlahəddin Polatın verdiyi məluamata görə, məskəndaki tapıntılar Paleolit Çağına (daş dövrü), daha doğrusu Alt Paleolit dövrünə aid olduğunu bildirib. Qazıntı zamanı çoxlu sayda kəsmə çaxmaqdaşından alətlər və nukleuslar tapılıb. Araşdırmaçıların sözlərinə görə, məskən bir neçə min il insanlar üçün yurd olub. Səlahəddin Polat məkanda Müstyer mədəniyyətinə aid olan çoxlu sayda tapınntının da aşkarlandığını bildirib.