Ermənistan cəzasızlıq mühitindən yararlanır
İşğalçı ölkənin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi belə deməyə əsas verir
12 May 2016 12:07 DünyaErmənistan artıq bütün beynəlxalq konvensiyalar və anlaşmaları kobud şəkildə pozaraq Azərbaycana qarşı hər bir hərbi vasitələrdən istifadə edir. Bu günlərdə Ermənistan tərəfindən insanlıq əleyhinə daha bir cinayət qeydə alınıb. Belə ki, ermənilər təmas xəttində atəşkəs rejimini müntəzəm olaraq pozmaqla kifayətlənməyərək cəbhə xəttində yerləşən yaşayış məntəqələrinə fosforlu bomba da atıblar. Belə ki, Ermənistan silahlı bölmələri Tərtər rayonunun Əskipara kəndini beynəlxalq konvensiyalarla qadağan edilən ağ fosforlu top mərmisi ilə atəşə tutublar. Məlumat üçün qeyd edək ki, faktla yerində tanış olmaq məqsədilə xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelər Tərtər rayonunda səfərdə olublar. Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkil etdiyi səfərdə 13 ölkənin hərbi attaşeliyinin 20-dən çox təmsilçisi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri iştirak ediblər. Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin ağ fosforlu top mərmisi atdığı əraziyə baxış keçiriblər. ANAMA-nın partlayıcı vasitələrin zərərsizləşdirilməsi (EOD) əməliyyatları üzrə meneceri Mədət Məmmədov məlumat verib ki, Tərtər rayonunun Əskipara kəndi istiqamətində partlamamış ağ fosforlu mərmi aşkarlanıb. Mərmi yerə düşərkən zədələnib və həmin ərazi fosforla örtülüb. 122 millimetrlik mərminin içərisində 3 kiloqram 80 qram ağ fosfor var. Çəkisi 27 kiloqram 70 qram olan sursat yerin 2 metr 30 santımetr dərinliyində tapılıb. Torpaq yumşaq olduğu üçün mərmi partlamayıb və fosfor 2 metr dərinlikdə torpağa hopub. Sursatın zədələnmiş ağız hissəsi palçıqla örtülüb.
Ağ fosforlu mərminin istifadəsi 1980-ci il Cenevrə Konvensiyasına əsasən qadağan olunsa da, göründüyü kimi işğalçı ölkə beynəlxalq qanunlara, prinsiplərə bir daha əməl etmədiyini ortaya qoyur. Ən dəhşətlisi isə odur ki, Ermənistan həmin silahdan hətta mülki əhaliyə qarşı istifadə edir. Qarabağda aktiv hıərbi əməliyyatların getmədiyini nəzərə alsaq, onda belə qənaətə gəlmək olar ki, hazırda atəşkəs rejimini fosfor bombaları ilə pozan işğalçı ölkənin hərbi əməliyyatlar aktiv fazaya qədəm qoyacağı təqdirdə digər kimyəvi silahlardan istifadə etməsi istisna deyil. Ona görə də beynəlxalq qurumlar, dünyada nüvə təhlükəsizliyi və kimyəvi silahların istifadəsinə qarşı mübarizə aparan güc mərkəzləri Ermənistana qarşı ciddi tədbirlər görməlidirlər. Beynəlxalq birlik onu da nəzərə almalıdır ki, bu gün Ermənistanın istifadə etdiyi fosfor bombası təkcə Azərbaycan deyil, ümumilikdə bəşəriyyətə qarşı ciddi bir təhdiddir. Əks halda cəzasızlıq mühitindən istifadə edən Ermənistanın insanlıq əleyhinə cinayətləri birə-beş artacaq.
Ermənistanın mülki əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş silahın təhlükələrinə gəlincə, ümumiyyətlə, bu silah kütləvi yandırıcı və zəhərləyici təsirə malikdir. Ermənistanın bu silahdan istifadə etməsi heç bir hərbi təyinat deyil. Məqsəd sadəcə əhaliyə qarşı terror, təxribat törətmək, mülki şəxsləri qətlə yetirməkdir. Ümumiyyətlə, fosforlu üzvi zəhərli maddələr (FÜZM) tətbiq edilərkən zəhərlənmə, adətən, maye damcılarının dərini səthinə düşməsi hallarında, yaxud həmin zəhərli maddələrin buxarları tənəffüs yollarından keçərkən baş verir. Ümumzəhərləyici təsirli zəhərli maddələr əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir. Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir. Xlorsian kəskin iyli, sudan ağır, rəngsiz mayedir. Suda məhdud miqdarda (7%), üzvi həlledicilərdə (spirt, efir) yaxşı həll olur. Xlorsian qıcıqlandırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası 0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasına səbəb olan dözülməz konsentrasiyası 0,06 mq/l-dir .Bundan artıq konsentrasiyalar orqanizmin ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zəhərli maddədir. Dəridə yaraçıxaran zəhərli maddələr elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir. Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli, şəffaf, yağlı, rəngiz mayedir. O, üzvi həlledicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif həll olur. Bu silahdan istifadə zamanı o, ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun müddət zəhərli qalmasına səbəb olur. Ərazi uzun müddət-yayda 7 sutka, qışda bir neçə həftə zəhərli qalır.
Füzuli