Sevgilisinin doğum gününü belə təbrik etdi

Türkiyəli aktrisa Burçin Terzioğlunun sevgilisi İlker Kalelinin ad günü üçün etdiyi paylaşma sosial mediada hadisəyə çevrilib. Türkiyə mətbuatı xəbər verir ki, aktyor İlker Kaleli bu gün 32 yaşını qeyd edib. Burçin Terzioğlu da sevgilisinin doğum gününü Instagram hesabından etdiyi paylaşma ilə təbrik edib. Aktrisanın Kaleli ilə bir jurnal üçün çəkdirdikləri fotonun yanına yazdığı "Varlığın qiymətlidir mənim üçün" sözləri hər kəsin diqqətini özünə cəlb edib. Burçinin sevgilisinə etdiyi bu romantik jest izləyicilər tərəfindən böyük rəğbət toplayıb. Paylaşma bir saat ərzində 50 minə yaxın adam tərəfindən bəyənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00