Türkiyədə hərbi karvana hücum: yaralılar var
10 May 2016 16:47 DünyaTürkiyənin Mardin vilayətində naməlum şəxslər hərbi karvana hücum ediblər. Bu barədə Trend DHA agentliyinə istinadən məlumat verir. İlkin məlumata əsasən, silahlı hücum nəticəsində 5 hərbi qulluqçu xəsarət alıb.Silahlı hücumun arxasında PKK terror təşkilatının dayandığı bildirilir. Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələrinin vilayətdə PKK-ya qarşı əməliyyatlara başlayacağı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00