Saakaşvili rus müavini vəzifədən çıxardı
10 May 2016 16:10 DünyaMixail Saakaşvilinin müavini Mariya Qaydar vəzifəsindən kənarlaşdırılıb. Axar.az xəbər verir ki, bu barədə Qaydar öz Feysbuk səhifəsində məlumat verib. Qaydar bundan sonra Mixail Saakaşvilinin məsləhətçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Mariya Qaydar keçən il Odessa qubernatorunun müavini təyin edilib. Təyinatından az sonra ona Ukrayna vətəndaşlığı verilib. Mariya məşhur Rusiya siyasətçisi Yeqor Qaydarın qızıdır. O, 90-cı illərin əvvəllərində Rusiya baş nazirinin müavini vəzifəsini icra edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00