Ermənistanda 39 nəfər intihar edib

Ermənistanda 2016-cı ilin ilk 4 ayında 39 nəfər intihar edib.  Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Krizis Mərkəzinin rəisi Ovanes Xanqeldyan deyib. Onun sözlərinə görə, intihar edənlərin 33 nəfəri kişidir. Onların 11-i 18-40 yaşlarında, 22 nəfəri isə 40 yaşdan yuxarı kateqoriyadandır. Nazirliyin məlumatına görə, ötən ilin eyni dövründə intihar edənlərin sayı 28 nəfər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00