Zəlzələni öncədən hiss edir
Qəribə insan
10 May 2016 18:03 Dünyaİspaniyada yaşayan Mun Ribas adlı xanım zəlzələ baş verəcəyəni qabaqcadan hiss etdiyini iddia edir. ATV.az bildirir ki, rəqqas olan Ribasın sözlərinə görə, məsafənin uzaq olmasına baxmayaraq, o ötən il Nepalda baş verən rixter cədvəli üzrə 7, 8 yeraltı təkanları bir neçə dəqiqə əvvəl hiss edib. 30 yaşlı xanım iddia edir ki, həmin vaxt o yuxuda olub. Amma zəlzələ baş verməzdən əvvəl qəfil yuxudan ayılıb və yeraltı təkanların baş verəcəyini hiss edib. Ribas deyir ki, o dünyanın bütün bölgələrində baş verəcək yeraltı təkanları hiss edə bilir. Bunu necə hiss etdiyinə gəlincə, xanımın sözlərinə görə, o zəlzələ cihazı ilə əlaqa yarada bilən yeni kiçik sensor icad edib.Və əməliyyatla həmin sensor onun qoluna yerləşdirilib. Ribas məhz bu sensor sayəsində zəlzələnin baş verə biləcəyini əvvəlcədən hiss etdiyini deyir.