İran S-300-ləri silahlanmaya qəbul etdi

İran ordusu S-300 raketdən müdafiə sistemlərini silahlanmaya qəbul edib. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın müdafiə naziri Hüseyn Dehqan söyləyib. Onun sözlərinə görə, İran həmçinin S-300-ə oxşar sistem olan yeni layihəni 2016-2017-ci illər ərzində reallaşdıracaq.

Qeyd edək ki, İran bundan öncə yeni "Bavar 373" komplekslərini hazırladığını bəyan edib. Həmin komplekslərin işlənməsində artıq son mərhələ icra edilir. Rusiya İrana S-300 sistemlərini bu ilin aprelində verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00