Taksi sürücüsü 4 nəfərin qətlini etiraf edib
10 May 2016 14:58 DünyaRusiyanın Novosibirsk vilayətində 4 silsilə qətl törətmiş taksi sürücüsü yaxalanıb. Rusiya KİV-i xəbər verir ki, adı açıqlanmayan şəxs 2015-ci ilin may-oktyabr aylarında Novosibirskdə 25-31 yaş arasında 4 qadını qətlə yetirib. Seksual manyakın 39 yaşında olduğu və bundan əvvəl dəfələrlə məhkumluq həyatı yaşadığı bildirilir. Bundan əvvəl, vilayətdə 17 qadını qətlə yetirmiş manyak ifşa olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00