"Türkiyə Hava Yolları" ən böyük maliyyə itkisinə uğradı
10 May 2016 14:42 Dünya"Türkiyə Hava Yolları" 1999-cu ildən bəri ən böyük maliyyə itkisi ilə üzləşib. 2016-cı ilin 1-ci rübündə şirkət 1,24 milyard lirə (422 milyon dollar) zərər görüb. Halbuki aviasiya şirkəti bundan əvvəlki ili 373 milyon lirə xeyirlə başa vurmuşdu. "Bloomberg" agentliyi "Türkiyə Hava Yolları"nın itkilərini Suriya və İraqdakı gərginliklə, ölkənin şərqində kürdlərə qarşı aparılan hərbi əməliyyatlarla və silsilə terror aktlarından sonra ölkənin turizm sektorunun geriləməsi ilə əlaqələndirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00