Putin generalları toplayır

Rusiya prezidenti Valdimir Putin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksinin nümayəndələri ilə silsilə müşavirələr keçirəcək. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Prezident bu gündən etibarən Soçidə işləyir. Bu gün Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksinin rəhbərliyi ilə növbəti - sayca yeddinci silsilə müşavirələr başlayacaq. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, onun burada hərbi rəhbərlər və MSK istehsalatçıları ilə görüşməsi yaxşı təcrübədir...", - deyə Peskov bildirib. Onun sözlərinə görə, silsilə müşavirələrə cümə günü yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00