"ABŞ hərbi təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşıb"
10 May 2016 14:22 DünyaHərbi təyyarələrin hərəkətini izləyən aviasiya portallarının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarına məxsus RC-135W hərbi təyyarəsi Böyük Britaniya ərazisindəki bazadan havaya qalxaraq, təxminən 2 saat ərzində Rusiyanın Kalininqrad vilayətinin sahil zonasına yaxın ərazidə müşahidə uçuşu aparacaq. Virtualaz.org bildirir ki, CAMUS47 çağırışına cavab verən 62-4131 göyərtə nömrəli RC-135W təyyarəsi Baltik dənizinin cənub hissəsində uçuş həyata keçirir. Kəşfiyyatçı təyyarə 10 saat ərzində müşahidə uçuşu həyata keçirəcək ki, bunun da 2 saatını bilavasitə Rusiya sərhədlərinə yaxın ərazidə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00