Tanınmış rəssam vəfat etdi
10 May 2016 14:04 DünyaRusiya Rəssamlar İttifaqı və Dizaynerlər İttifaqının üzvü, tanınmış rəssam Vladimir Kaminski vəfat edib. Report bildirir ki, 70 yaşlı rəssamla vida mərasimi mayın 11-də doğulduğu Barnaul şəhərində keçiriləcək. 1946-cı il fevralın 5-də Barnaulda dünyaya göz açan rəssam ömrünün son günlərinədək doğma şəhərində yaşayıb və doğulduğu şəhərin 250 illiyində Barnaul şəhərinin tikinti-bərpa işlərinə başçılıq edib. 1972-ci ildən dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə iştirak edən rəssamın fərdi sərgiləri dəfələrlə xaricdə nümayiş etdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00