Bu siqaret dünyanın ən saxtası seçildi
10 May 2016 13:19 DünyaTSN təşkilatının apardığı araşdırmalarının nəticəsi göstərir ki, dünyanın ən saxta siqaret Rusiya istehsalı olan "Prima" markasıdır. Faktxəbər bildirir ki, bu marka altında buraxılan siqaretlərin 40%-i istehsal yeri məlum olmayan və qeyri-leqal sayılır. Ümumiyyətlə, dünyada saxta siqaretlərin istehsalı və nəqli getdikcə böyük miqyaslar alır. Siqaretlərin çoxu Çinin zirzəmilərində istehsal olunur və dünyaya nəql edilir. Bunun nəticəsində ölkələr ödənməyən vergi şəklində milyardlarla dollar itirir. Bununla belə, bu, cinayətkarlar üçün təhlükəsi az olan biznesdir. Son araşdırmalar göstərir ki, dünyada çəkilən hər 6 siqaretdən biri qaçaqmalçılıq yolu ilə gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00