Zəlzələ dünyanı "dolaşır": indi də okeanda
17 Aprel 2016 16:33 DünyaSakit okeanın mərkəzi hissəsində, Tonqa adaları yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib.
APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 20:30 (Bakı vaxtı ilə 11:30) baş verib. Zəlzələ ocağı Eua adasının cənub-qərbindəki Oxonua şəhərindən 225 km cənubda, 10 km dərinlikdə yerləşir. Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00