“Ağbəniz və ovçu 2” nümayişə başlayıb

"CinemaPlus" kinoteatrında "Ağbəniz və ovçu 2" fantastik filminin nümayişi başlayıb. Aile.lent.az-ın məlumatına görə, "Ağbəniz və ovçu" filminin ilk hissəsi 2012-ci ildə ekranlara çıxıb. Filmin ikinci hissəsindəki hadisələr birincidə baş vermiş hadisələrdən sonra cərayən edir.

Şarliz Teron yenə öz pərəstişkarlarını qəzəbli kraliça Ravenna rolu ilə sevindirəcək, Kris Hemsvort isə yenə ovçu rolunu oynayacaq. Sevgi xəttini qorumaq üçün Ağbənizin yerinə Cəngavər qadın gəlib, hansının ki, rolu Cessika Çesteyinin üzərinə düşüb. Filmdə öldürücü ovçu legionunu yığan Freya kraliçası - Emili Blant personajının əhvalatının üstü açılacaq. Filmin quruluşçu rejissoru ifilmin orijinalının çəkilişlərində ikinci rejissor kimi iştirak edən Sedrik Nikolya-Troyandır.
Sevgi gedəndən sonra gözəl qızın ürəyi buza dönür. Hətta yüzlərlə krallıq belə, onun iri döyüşkən yerişini saxlaya bilməz. Yalnız Ovçu qorxmur. Lənətlənmiş meşədən keçərək, öz taleyinə doğru gedir.   
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00