Aktyordan maraqlı paylaşım
15 Aprel 2016 19:23 Dünya"Asla vazgeçmem" serialı ilə daha da məşhurluq qazanan aktyor Tolgahan Sayışman sevgilisi Almeda Abaziylə Amerikada təhsil alan bacısı Nili ziyarət edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 8 il öncə "Miss Globe-Kainat gözəli" yarışmasında birinci olan sevgilisi və bacısı ilə şəkil çəkdirib. Aktyor həmin fotonu "İnstagram" səhifəsində paylaşıb. O, şəkilə "Mənim kainat gözəllərim" sözlərini qeyd edib. Onun bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Həmin fotonu təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00