Sinan Akçıl: "Bizim sevgimiz sadə bir şey deyil ki, dərhal da bitsin"

Xəbər verdiyimiz kimi model Ebru Şallı və müğənni Sinan Akçıl ayrılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur cütlüyün ayrılığı qısa çəkib. Belə ki, atası Saim Akçılın rəhbərlik etdiyi orkestrin konsertinə gələn Sinan çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, sevgilisi Ebru haqda bunları deyib: "Bizim sevgimiz sadə bir şey deyil ki, dərhal da bitsin. Divlərin sevgisi nəhəng olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00