Su festivalı VIDEO
Maraqlı görüntülərlə yadda qaldı
13 Aprel 2016 18:40 DünyaMyanmarda su festivalına start verilib. ATV Xəbər bildirir ki, paytaxt Yanqonda minlərlə sakin Tincan bayramı kimi tanınan şənliyə qatılaraq, sözün əsl mənasında əyləniblər. Ənənəyə görə, hər şey kütləvi rəqsdən sonra başlamalıdır. Hələlik hər yer qurudur və əlbəttə ki, bu müvəqqətidir. Bir azdan hər yer su olacaq. Çünki, ölkədə ən vacib milli bayram kimi qeyd olunan festivalın əsas cəhəti insanların bir-birini müxtəlif vasitələrlə sulamasıdır. Bu bayramda heç kimə rəhm yoxdur, hətta balacalara da.
Qeyd edək ki, bu bayram Cənubi-şərqi Asiyanın digər ölkələrində də keçirilir. Həmin gün səhər məbədə gedib baş yumaq və dırnaqları tutmaq vacibdir. Asiyalılar düşünür ki, bununla onlar üzərlərindəki mənfi enerjini atmış olurlar. Yeni ilə pozitiv əhval-ruhiyyədə başlamaq isə ili müsbət ab-havada keçirmək üçün əsas şərt hesab olunur. İnsanların məhz bir-birini sulaması onların əyləncəli anlar yaşaması üçün kifayət edir. Onu da qeyd edək ki, Myanmarda bayram aprelin 16-na onların təqvimi ilə Yeni ilin başlanmasına qədər davam edəcək. Maraqlı əyləncəni izləmək üçün dünyanın dörd bir yanından minlərlə insan Myammara axın edir. Bu müddət ərzində hakim dairələr kütləvi toplaşmaqla bağlı məhdudiyyəti müvəqqəti dayandırır və insanların yollarda sərbəst hərəkətinə icazə verilir.