1 avroya çörək sexi VIDEO

Sahibkardan nümunəvi davranış

1 avroya çörək sexi satılır. Fransanın Dol şəhərində bir sahibkar şəxsi çörək sexini yerli evsizlərdən birinə məhz bu qiymətə satıb. Təbii ki, bu simvolik məbləğdir. İşin kökündə bir hekayə dayanır. ATV Xəbər bildirir ki, 62 yaşlı sex sahibi Mişel Flamant ilə onun işçisi, indi isə sexin yeni sahibi 37 yaşlı Jerom Okan artıq bir ildir ki, birlikdə çalışırlar. 2015-ci ilin dekabrında dəm qazından az qala boğulub dünyasını dəyişəcək Mişeli, Jerom Okan xilas edib. Xəstəxanadan qayıdandan sonra sex sahibi təşəkkür əlaməti olaraq oğlanı işə götürüb. Tez bir zamanda işin incəliklərini öyrənən Jerom Okan müdirinin də rəğbətini qazanıb. Onun çalışqanlığını görən 62 yaşlı sahibkar öz biznesini şagirdinə satmaq qərarına gəlib. Həm çörək sexində gecəliyən, həm də burada çalışan Jerom işindən iki əlli yapışacağını və insanlara yüksək səviyyədə xidmət edəcəyini deyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00