Tamaşaçıların qorxu dolu anları VIDEO
Türk pilotunun məharəti
13 Aprel 2016 18:33 DünyaDünyanın ən mahir pilotlarından hesab edilən türk şahinləri bu dəfə də hər kəsi təəccübləndirib. Bu dəfə onlar Böyük Britaniyada təşkil olunan aviaşouda məharətlərini göstəriblər. ATV Xəbər bildirir ki, türk pilotların şouları arasında biri daha maraqlı alınıb. "Solo türk" adı verilən qrup üzvlərindən birinin enişi şounu izləməyə toplaşanları sözün əsl mənasında qorxudub. Şounu izləyənlər əvvəlcə elə zənn edib ki, pilot idarəetməni itirib və təyyarə yerə çırpılacaq. Lakin türk şahinin təyyarəni tamaşaçıların başı üzərindən, yerə çox yaxın məsafədə sağ-salamat eniş zolağına endirməsindən sonra, tamaşaçılar bu nömrənin əsl şou olduğunu anlayıb. Hər kəsin nəfəsini tutaraq izlədiyi şouda heç kim xəsarət almayıb. İndi bütün ingilis pilotlar türk həmkarlarının məharətindən danışır.