Britaniyanın baş nazirini "eBay"da satmaq istədilər

Böyük Britaniyanın baş naziri Devid Kemeronu "eBay"da satmaq istəyiblər. Lent.az bildirir ki, artıq elan onlayn hərrac saytında mövcud deyil. Buna baxmayaraq, elanın "skrinşot"u "İmgur" portalında saxlanılıb. Lota əsasən, satışa "istifa olunmuş baş nazir" çıxarılıb və artıq ona heç bir ehtiyac yoxdur. "Məhsul"a qutu və təlimat əlavə edilməyib. "Məhsulu alıcı gəlib götürməlidir. Satıcı məhsula əl vurmağa hazır deyil", - deyə elanın mətnində deyilir. "Skrinşot" yaradılana qədər Kemerona görə 65,9 funt-sterlinq təqdim edilirdi. Hərracların sonuna qədər isə beş gün qalırdı. Bir qədər əvvəl isə Misir prezidenti Abdel Fəttah əl-Sisi də "eBay"da satışa çıxarılıb. Həmçinin ABŞ-dan olan rəssam qadın "eBay"da nəticəsiz olaraq ABŞ-ın Respublikaçılar Partiyasından olan prezidentliyə namizədi Donald Trampın çılpaq şəkilini satmağa çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00