Rus Pravoslav Kilsəsi: Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırıq
13 Aprel 2016 17:46 Dünya"Rus Pravoslav Kilsəsi həmişə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rus Pravoslav Kilsəsinin mətbuat katibi Aleksandr Volkov deyib. O, buna sübut kimi patriarx Kirilin Ermənistan və Azərbaycan dini liderlərinə müraciətini xatırladıb: "Rus Pravoslav Kilsəsi sülhyaradıcı prosesə və şeyxülislam Allahşükür Paşazadə və katolikos Qareginin həyata keçirdiyi sülhə xidmət işlərinə kömək etmək üçün əldə olan bütün imkanlardan istifadə edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00