Venesuela: Vaşinqton neft bazarının sabitləşməsini istəmir

Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ dünya neft qiymətlərinin stabilləşməsinə dair OPEK və digər neft hasil edən ölkələr arasındakı razılaşmanın qarşısını almağa çalışır. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir. N.Maduro Vaşinqtonu neft bazarının stabilləşməsinə dair razılaşmanı pozmağa yönəlmiş hərəkətlərdə təqsirləndirir: "Bunun üçün ABŞ ölkə liderlərinə təzyiq göstərir".

Qeyd edək ki, OPEK-in iştirakçı ölkələrinin və digər dövlətlərin neft hasilatının həcmini yanvar səviyyəsində "dondurmaq" üzrə görüşü aprelin 17-də Dohada keçiriləcək. Bu görüşdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00