İtaliyalı alimlər süni beyin yaratdılar
Bu da belə...
13 Aprel 2016 18:15 Dünyaİtaliyanın Sassari və İngiltərənin Plymous universitetlərinin alimlərinin birgə tədqiqatları nəticəsində "Annabell" adı verilən süni beyin yaradılıb. Bu barədə "Plos one" jurnalında məlumat verilib.
İnsanlarla dialoqa girmək bacarığına malik olan bu beyin 2 milyon süni neyrondan ibarətdir. İnsan beynindəki prosesləri tədqiq etmək üçün nəzərdə tutulan "Annabell" hazırda ilk inkişaf mərhələsindədir. Alimlər süni neyronların sayını artırmaqla onun daha da təkmilləşə biləcəyini vurğulayıblar. Bildiriblər ki, gələcəkdə bu cür süni beyin görmək, duymaq və hərəkətini idarə etmək kimi bacarıqlara malik robotun bir hissəsi ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00