120 milyonluq tapıntı - Karavacconun tablosu üzə çıxdı
13 Aprel 2016 18:14 DünyaFransanın cənubunda yerləşən Tuluza şəhərində tapılan rəsm əsəri sənətşünasları dilemma qarşısında qoyub. Xarici KİV bildirir ki, bir evin çardağından təsadüf nəticəsində tapılan şəkil sən demə məhşur italiyali rəssam Merisi da Karavaccoya məxsusdur. Hər halda, mütəxəssislər belə düşünür. Bildirilir ki, Barokko üslubunun yaradıcılarından olan Karavacco bu şəkli 1604-1605-ci illərdə çəkib. "Judit Holofernesin başını kəsir" adlanan rəsm əsərinin indiyə qədər yaxşı vəziyyətdə qalması isə elm adamlarında suallar yaradıb. Onlar bildirir ki, rənglərin solmadan günümüzə gəlib çatması möcüzədir. Mütəxəssislərə gəlincə, onlar şəklin qiymətini 120 milyon avro dəyərində müəyyənləşdirib. Bununla belə onun orijinallığı xüsusi vasitələrlə bir daha yoxlamadan keçiriləcək. Fransız hökuməti tapıntını 30 ay ölkədən çıxarılmasına qadağa qoyub.
Qeyd edək ki, rəsm əsəri təsadüfən ortaya çıxıb. Ev sahibi damdan sızan suyun mənbəyini axtararkən şəkillə rastlaşıb.