Həyatının hər anını xatırlayır

Qeyri-adi insan

Avstraliyada bir qadın öz qəribəliyi ilə diqqət çəkir. ATV.az bildirir ki, 26 yaşlı Rebekka Şarrock həyatının istənilən günündə baş verən bütün hadisələri, hətta ən kiçik xırdalıqları belə anbaan xatırlayır. O, müxtəlif illərin ayrı-ayrı günlərində hansı hadisələrin baş verdiyini, həmin günlər havanın temperaturunun neçə dərəcə təşkil  etdiyini,hətta soruşulan günlərdə hansı geyimi geyindiyini, nə yuxu gördüyünü heç bir çətinlik çəkmədən cavablaya bilir. Təbii ki, bu cür yaddaşa sahib olmağın bir çox mənfi tərəfləri də var. Həyatında baş verən bəzi pis anları unutmaq istəsə də, bunu bacara bilmədiyini deyən Rebekka beyninin informasiya ilə dolu olduğunu və bundan çox əziyyət çəkdiyini dilə gətirib. Heç bir şeyi unutmayan bu qadının qeyri-adi yaddaşı alimləri də şoka salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00