Dünyaya gözü göyərmiş halda gəlib VIDEO
"Fələyin zərbəsi"
13 Aprel 2016 20:05 DünyaBu qadınla qarşılaşan hər kəs onun fiziki zorakılığa məruz qaldığını düşünür. ABŞ-ın Nyu York şəhərində yaşayan Kristen Luonq adlı sakinin gözündəki göylər ilk baxışdan hər kəsin diqqətini cəlb edir. İnsanlar onun döyüldüyünü düşünsə də, vəziyyət tamamilə fərqlidir. Kristen deyir ki, gözün ətrafındakı qara və göy rəng onda anadangəlmə mövcuddur. O gün bü gündür, həmin göy ləkə bu qızın həyatına mənfi təsir göstərir. Yolda onu tanımayan xeyli sayda insan Kristeni saxlayaraq, kömək lazım olub olmadığını, onu kimin vurduğunu soruşur. İndi moda evində dizayner işləyən Kristen bir vaxtlar lazer əməliyyatı ilə həmin ləkəni götürmək haqqında düşündüyünü deyir. Bu əməliyyatı etdirmədiyinə şükr edən amerikalı, artıq gözünün göyərtisi ilə barışdığını gizlətmir. O ki qaldı, xüsusi tədbirlərə, ziyafətlərə Kristen eynək və digər vasitələrlə qonaqların diqqətini mümkün qədər çəkməməyə çalışır.