Hamilə olduğu üçün boşanmadılar
13 Aprel 2016 19:19 DünyaAktrisa Meqan Foksun üçüncü dəfə ana olacağı xəbəri maqazin gündəmindən düşmür. Xarici KİV-in məlumatına görə, o, İnstaqramda müxtəlif filmlərdəki tərəf müqabilləri Uill Arnet, Ceyk Conson və Şayl Labafın fotosunu paylaşaraq onların heç birinin uşağın atası olmadığını vurğulayıb. Bundan sonra bütün diqqətlər aktrisanın 8 aydır boşanmaq üçün ərizə verdiyi həyat yoldaşı Brayan Ostin Qrinə yönəlib. Yaxınlıarının sözlərinə görə, onlar üçüncü dəfə valideyn olacaqlar. Hətta onların münasibətlərini düzəltməyə çalışdıqlarını deyirlər. Cütlüyün boşanmaqdan vaz keçdiyi söylənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00