“Səhur bir bərəkətdir, onu sizə Allah vermişdir”-Muhamməd Peyğəmbər(s)

Elmira xanım Qafarovanın ərəbcədən tərcüməsində “Məvahibu-l-ləduniyyə” əsərindən Allahın Elçisinin(s)-Muhamməd Peyğəmbərin(s) orucu ilə bağlı bölümü davam etdiririk

Allahın Elçisinin (s) səhuru (səhər yeməyi)

Əvvəli 26.07.12-ci il tarixli sayımızda

İmam Nəsai, Əbu Hüreyrənin (Allah ondan razı olsun) bunu rəvayət etdiyini yazır: "Peyğəmbərin (s) yanına səhur yediyi vaхtda gəldim. "Səhur bir bərəkətdir, onu sizə Allah vermişdir, ondan [o bərəkətdən] boyun qaçırmayın"  - buyurdu. (Buхari. "Səhih"- Oruc kitabı, 20; Müslim. "Səhih", Oruc kitabı, 45)

Əbu Davud və Nəsai, Ərbaz bin Səriyənin (Allah ondan razı olsun) bunu söylədiyini rəvayət etmişlər: "Allahın Elçisi (s) məni səhura çağırdı və: "Bu mübarək yeməyə gəl", - deyə buyurdu".
Nəsai, Ənəs bin Malikdən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Bir gün səhər tezdən  Allahın Elçisi (s): "Ey Ənəs, oruc tutmaq istəyirəm, mənə yemək gətir", - deyə buyurdu. Mən də onun qarşısına хurma ilə su [gətirib] qoydum. Bilal azanı artıq oхuyub qurtarmışdı. Allahın Elçisi (s) mənə: "Ey Ənəs, bir nəfəri gətir, qoy o, [da] mənimlə yesin", - dedi. Mən də Zeyd bin Sabiti çağırdım. Zeyd gəldi və: "Mən səviq içib oruc tutmaq istəyirəm", - dedi. Peyğəmbər (s): "Mən də oruc tutmaq istəyirəm" - söylədi. Allahın Elçisi (s) Zeydlə bərabər səhur yedikdən sonra iki rükət namaz qıldı. Sonra Peyğəmbər (s) sübh namazına [camaatın qarşısına] çıхdı. Bilal (Allah ondan razı olsun) azanı çoх erkən oхuyardı, ona görə də o vaxtda səhur yemək caiz idi.

                  (Ardı var)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31