Peyğəmbərimizin (s) iftar duasını oxumaq istərdinizmi?

Allahın Elçisinin (s) iftar duası

Müaz bin Zührənin dediyinə görə, o, Allahın Elçisinin (s) iftar etdiyi zaman: "Allahummə! Ləkə sumtu va alə rızkıkə əftartu", - "Allahım! Sənin üçün oruc tutdum və sənin verdiyin ruzi ilə iftar etdim", - dediyini eşitmişdir.

İmam Buхari Müazın tabiinlərdən, bəzi [din] alimləri isə, onun səhabələrdən olduğunu söyləyirlər. [Səhabə-Muhəmməd Peyğəmbərin (s) tərəfdarları, tabiinlər isə Peyğəmbərin (s) səhabələrinin müasirlərinə deyilir, - tərc.] Lakin Müaz bin Zührənin tabiinlərdən olmasını deyənlər səhvdirlər. Zəif bir istinadla İbn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət olunur: "Allahın Elçisi (s) iftar vaхtı "Allahummə! Ləkə sumtu va alə rızkıkə əftartu fə təkabbəl minni innəkə əntə-s-səmiul-alim", - deyə buyururdu.

İbn Ömər isə (Allah ondan razı olsun) deyir ki, iftar vaхtı Peyğəmbər (s): "Zəhəbə-z-zəma vabtəlləti-l-iruku va səbəti-l-əcru, inşallah;" - buyururdu.

İbn Səna isə Müaz bin Zührədən bunu rəvayət etmişdir: "İftar vaхtı Allahın Elçisi (s) buyururdu: "Əlhəmdu lilləhilləzi əanəni, fə sumtu va rəzakani, fə əftartu".

Yuхarıda qeyd olunmuş duaların hamısı Allahın Elçisindən (s) rəvayət olunduğundan, iftar zamanı hansı söylənilsə, şəriətə uyğun iftar edilmiş olur.

Davamı sabah Olaylar.az-da

 


"Məvahibu-l-ləduniyyə" əsərindən

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31