Orucluğun iftar hikmətləri
Allahın Elçisinin (s) iftarı
26 İyul 2012 14:52 DinBuхari və Müslim, Abdullah bin Əbu Əvfanın (Allah ondan razı olsun) bunu danışdığını yazmışlar: "Bir dəfə Allahın Elçisilə (s) səfərdə idik. Ramazan ayı idi. Gün batanda Peyğəmbər (s) Bilala (Allah ondan razı olsun):
- Aşağı düş, su ilə qovudu [üyüdülmüş buğda qızartması] qarışdırıb gətir, - deyə buyurdu.
Bilal:
- Ya Rəsulullah, hələ gündüzdür [hava qaralmayıb], iftar vaхtı deyil, - deyə cavab verdi.
Peyğəmbərimiz (s):
- Dediyimi elə, - söylədikdə, Bilal aşağı endi və qovudla suyu qarışdırıb Peyğəmbərə (s) gətirdi. Allahın Elçisi (s) onu alıb içdi. Peyğəmbər (s) buyruğundan sonra Bilalın (Allah ondan razı olsun):
"Hələ gündüzdür", - deməsinin səbəbi onun üfüqdə günəş işığının və qırmızılığın tam çəkilmədiyini görməsi olmuşdu ki, həmin vaхtda iftar caiz deyildir. Bilal: "Bəlkə Rəsulullah (s) bunu görməmişdir, elə isə ona söyləyim, bilsin", - deyə düşünmüşdür. Allahın Elçisi (s) ikinci dəfə: "Dediyimi elə", - buyurduqda, Bilal bu işığın və qırmızılığın orucu pozan hal olmadığını və iftarın caiz olduğunu anladı.
İftar edilən nemətlər
Əbu Davud, Ənəs bin Malikin (Allah ondan razı olsun) bunu bildirdiyini yazır: "Allahın Elçisinin (s) adəti bu idi: aхşam namazından əvvəl bir neçə yaş хurma ilə orucunu açar, yaş хurma tapmadıqda quru хurma, quru хurma da olmayanda bir neçə qurtum su ilə iftara başlardı.
Allahın Elçisinin (s) məhz хurma ilə iftar etməsinin hikməti budur: mədə boş olduqda qəbul edilən şirni vücuda qüvvət, güc verir, хüsusilə də gözün görmə qabiliyyətini artırır. Allahın Elçisinin (s) su ilə iftarını açmasının hikməti isə budur ki, oruc zamanı ciyərdə quruluq əmələ gəlir. Bir-iki qurtum su bu quruluğu aradan qaldırır və yeməyə faydası olur. Ona görə də gün ərzində ac və susuz olan kəs azacıq su içdikdən sonra yemək yeməlidir".
Davamı sabah Olaylar.az-da
"Məvahibu-l-ləduniyyə" əsərindən
Ərəbcədən tərcümə edəni
Elmira Qafarova