Şvaynştayqer daha bir oyun buraxacaq

Almaniya millisinin futbolçusu Bastian Şvaynştayqer "Avro-2016"nın seçmə mərhələsində Gürcüstana qarşı oynamayacaq. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədəli olmasıdır. İrlandiya ilə görüşdən əvvəl zədə alan "Mançester Yunayted"in yarımmüdafiəçisinin Gürcüstanla oyuna kimi hazır olmayacağı dəqiqləşib. Məlumatı Almaniya millisinin baş məşqçisi Loahim Löv təsdiqləyib: "Həkimlər bildirdi ki, Şvaynştayqer 2-3 gün istirahət etməlidir. Buna görə də o, Gürcüsana qarşı oynamayacaq".

Qeyd edək ki, Almaniya - Gürcüstan qarşılaşması oktyabrın 11-i keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31