PSJ "Monako"nun futbolçusunu transfer etdi
26 Avqust 2015 19:40 DinPSJ klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Monako"nun futbolçusu Layvin Kurzavanı transfer edib. Son Fransa çempionu 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. PSJ bu transfer üçün "Monako"ya 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2010-cu ildən "Monako"da çıxış edən Kurzava keçirdiyi 73 oyunda 6 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31