Van Qal: "Onu öpmək istəyirəm"

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal Çempionlar Liqasının "pley-off" mərhələsində "Brügge"yə 3:1 hesabı ilə qalib gəldikləri ilk matçdan sonra fikirlərini bildirib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  o, sözügedən qarşılaşmada iki qol vuran komandanın yeni transferi Memfis Depayı tərifləyib: "Memfisi öpmək istəyirəm. Çünki o, vurduğu iki qol və verdiyi bir qolun ötürməsi ilə oyunun qəhrəmanı oldu. Matç 2:1 hesabı ilə bitsəydi belə növbəti oyunda komandama inamım olacaqdı. Ancaq üçüncü qol bizi daha da rahatlaşdırıdı. Növbəti mərhələyə yüksələcəyimizə inanıram".

Qeyd edək ki, M.Depay bu ilin iyununda "MY" ilə 4+1 illik müqavilə imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31