Kiyev Azərbaycanlıları Konqresi yaralı döyüşçülərə əlil arabaları göndərib
Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər.
5 Noyabr 2020 17:34 DiasporaAzərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər.
Belə ki, Kiyev Azərbaycanlıları Konqresi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanan, hərbi hospitallarda müalicə olunan hərbçilərimizüçün nəzərdə tutulmuş10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.
Qeyd edilən əlil arabaları çatdırılması üçün aidiyyatı quruma təhvil verilib.