Daxili siyasət

Akademik Vaqif Fərzəliyev: "Gəncə iğtişaşı xalq-iqtidar birliyini pozmağa hesablanmışdı"

13 İyul 2018 16:56

"İnsanı öldürməklə ondan qisas almaq və ya hansısa bir məqsədə çatmaq bütün dövrlərdə cəmiyyət tərəfindən pislənilib. İyulun 10-da bir qrup radikal ünsürün Gəncə şəhərinin mərkəzində qarşıdurma törətməyə cəhd etməsi ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin əməlləridir. Törədilən iğtişaş insanlarda təşviş yaratmaq, xalq-iqtidar birliyinə xələl gətirməkdən başqa bir məqsəd güdmür". Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.

Ülviyyə Vahidqızı: "Gəncə hadisələri qabaqcadan planlaşdırılmış təxribat idi"

13 İyul 2018 16:43

"Gəncədə baş verən hadisələr cəmiyyətimizin hiddətinə səbəb oldu. Ölkəmizin tərəqqisini gözü götürməyən qüvvələr terror törətməklə respublikada çaşqınlıq yaratmağa çalışdılar. Onlar anlamalıdırlar ki, Azərbaycan xalqı dövlətimizin arxasında dayanıb. Heç bir qara qüvvə ölkəmizdə mövcud olan sabitliyə, əmin-amanlığa xələl gətirə bilməz. Bu hadisələr bəzi daxili və xarici qüvvələr tərəfindən sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönələn təxribat, ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları terror idi". Bu fikirləri UNEC-in dissertantı Ülviyyə Vahidqızı deyib.

Əkbər Qoşalı: “Dövlət-xalq birliyinin sarsılmasına imkan verməməliyik”

13 İyul 2018 16:26

“Gəncədə baş verən son hadisələr birdən-birə baş verməyib. Hər bir hadisənin səbəbləri var və bu baş verdikdən sonra dövlət, ictimaiyyət bundan nəticə çıxarmağa borcludur”. Bu fikirləri Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Prezident Gəncədə həlak olan polis zabitlərini ordenlə təltif edib

13 İyul 2018 16:17

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Gənc Vətəndaş”dan Gəncə olayı ilə bağlı bəyanat

13 İyul 2018 14:38

”Gənc Vətəndaş” İctimai Birliyi Gəncə şəhərində radikal, ekstremist dini qrupların təmsilçiləri tərəfindən həyata keçirilən terror aksiyalarını qətiyyətlə pisləyir.

Vəkillər üçün inzibati prosesə dair seminar keçirilib

13 İyul 2018 13:23

Bugün Bakı şəhərində yerləşən WinterPark mehmanxanasında vəkilliyə yeni qəbul olunmuş üzvlər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilib.