Prezident: "Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir"
13 İyul 2018 14:15 SiyasətTerrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir.
Bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Gəncədə baş vermiş hadisələrdə iki polis əməkdaşı həlak olub, yaralananlar var, onların arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı da olub:
"Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin! Bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə bu qanlı terror aktları törədilib".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31