Azərbaycanda dövlət-xalq birliyini heç kim sarsıda bilməz
13 İyul 2018 17:44 SiyasətMais Səfərli: "Cəmiyyət və dövlət orqanları Gəncə hadisələrindən ibrət dərsi çıxarmalıdır"
Hazırda Gəncədə baş verən hadisələr, onun yaranma şəraiti və nəticələrinin aradan qaldırılması kimi suallar cəmiyyəti daha çox düşündürürür. Azərbaycan ictimaiyyəti, eləcə də siyasi qurumlar, vətəndaş cəmiyyətləri Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olan şəxsləri qəbul etmir. Hesab olunur ki, iki polis əməkdaşının qətlində şübhəli bilinən və iyulun 13-də keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən yerində məhv edilən terrorçu Rəşad Böyükkişiyevin dini adət ənənələrə uyğun olaraq müsəlman qəbirstanlığında dəfn edilməsi yolverilməzdir. Ölkə vətəndaşlarını maraqlandıran əsas məsələlərdən biri də bundan ibarətdir ki, hansı tədbirlərin görülməsinə ehtiyac duyulur ki, Gəncə hadisələri bir daha təkrarlanmasın. Bu və digər məsələrlə bağlı suallarımız Yurddaş Partiyasının sədri Mais Səfərli cavablandırır.
-Mais müəllim, Gəncədəki məlum hadisələr niyə baş verdi? Nə idi bu hadisələrin kökündə duran amillər?
- Azərbaycan post-sovet məkanında az ölkələrdəndir ki, dövlətin və xalqın maraqlarına uyğun müstəqil siyasət aparır. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan dövlətinin və xalqının maraqlarına söykənir və müstəqil siyasətdir. Azərbaycan heç kimə boyun əyməyən bir dövlətdir. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qurub, möhtərəm prezident İlham Əliyev də bunu uğurla davam etdirir. Bu isə bir çox iri dövlətlərin, həmin dövlətlərdəki hərbi-siyasi dairələrin xoşuna gəlmir. Hesab edirlər ki, Azərbaycan kimi dövlətlər kimdənsə, hansısa böyük akuladan asılı olmalıdır, onların dedikləri ilə oturub-durmalıdır. İlham Əliyev bu ənənəni pozaraq sübut elədi ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu dövlətdir və əməkdaşlıq yalnız bərabərhüquqlu prinsiplər, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə aparıla bilər. Bu isə bir çoxlarının ürəyincə deyil. Bu səbəbdən də həmin dövlətlər zaman-zaman Azərbaycana qarşı məkrli planlar, çeşidli ssenarilər hazırlayıblar ki, ölkəmizi özlərinə tabe etsinlər. Amma buna nail ola bilməyiblər, bu istəkləri baş tutmayıb və tutmayacaq da. İndinin özündə də Azərbaycanda siyasi sabitliyi pozmaq üçün müəyyən üsullara əl atırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyanın 200 dövlətindən birinci 25-liyə daxildir ki, burada ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bu coğrafiyada yeganə dövlətdir ki, burada davamlı stabillik, bu stabilliyə söykənən iqtisadi inkişaf var. Şübhəsiz ki, bu sıçrayışlı iqtisadi inkişaf Azərbaycanı nəinki regionun, eləcə də Avropanın aparıcı dövlətləri səviyyəsinə gətirib çıxarıb. Bizi istəməyən düşmənlərimiz bundan əndişələnirlər və narahatçılıq keçirilər. Heab edirəm ki, Gəncədə baş verən hadisənin kökündə bu amil dayanır.
-Sizcə Gəncədə törədilən cinayətlərin arxasında hansı xarici və daxili qüvvələr dayanır?
- Hesab edirəm ki, aparılan istintaqın nəticəsində bu məsələlərlə bağlı çox ciddi faktlar üzə çıxacaq. Həmin çinayəti törədən adamların bir ucu gedib Rusiyaya, bir ucu Ermənistan xüsusi xidmət orqanlarına çıxır. Şübhəsiz istintaq bu suala ətraflı cavab verəcək. Ancaq, buna çaxmayaraq şübhəsiz ki, bu hadisələrin arxasında xarici qüvvələr, burada isə onların əlaltıları var. Hesab edirəm ki, bu hadisəni törədənlərin alaltıları da, havadarları da unutmamalıdırlar ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanla yalnız dost olmaq, bərabərhüquqa söykənən əməkdaşlıq etmək mümkündür. Başqa cür mümkün deyil. Onlar yadda saxlamalıdırlar ki, Azərbaycan dövlətinin gücü həmin xarici qüvvələri və buradakı əlaltılarını sıradan çıxaracaq.
-Bəs, cəmiyyətdə dini, milli ayrıseçkilik toxumu səpməyə çalışan saytlara, sosial şəbəkə istifadəçilərinə qarşı hansı tədbirlər görülməlidir?
- Bu gün Gəncə hadisələrindən yararlanan, bu hadisələrə təbliğat dəstəyi verən bir sıra saytlar var ki, Azərbaycanda milli, dini ayrıseçkilik toxumu səpmək istəyirlər. Çünki, milli və dini ayrıseçkilik təkcə Azərbaycan üçün deyil, eləcə də bır sıra dövlətlər üçün çox həssas bir məsələdir. Ona görə çalışırlar ki, bu amildən istifadə edib ayrı-ayrı ölkələrdə dini təfriqə yaratsınlar. Amma Azərbaycanda bu mümkün olan bir şey deyil. Nəzərə almaq lazımdır ki, tarix boyu Azərbaycan xalqının əldə etdiyi, yaratdığı, qoruyub saxladığı ən böyük dəyər tolerantlıq və multikultiralizmdir. Bu gün Azərbaycan tək-tük dövlətlərdəndir ki, multikulturalizm məsələsində bütün dünyaya örnəkdir. Azərbaycanda bütün dinlərin, konfesiyaların nümayəndələri azad və sərbəst şəkildə qardaş və dostcasına bir yerdə yaşayırlar. Bu məsələ Azərbaycanda artıq dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ona görə də o satları və sosial şəbəkə iştirakçılarını maliyyələşdirən qüvvələr bilməlidir ki, Azərbaycanda təfriqəçilik salmaq qeyri-mümkündür. Çünki əsrlərlədir ki, Azərbaycanda bu dəyərlər formalaşıb və insanlar qardaşçasına yaşayır. Nəticədə bu çoğrafiyada Azərbaycan xalqı formalaşıb. Digər tərəfdən, Gəncə hadisələri bir daha göstərdi ki, Azərbaycan xalqı öz dövləti, prezidenti ətrafında sıx birləşib və bu birliyi heç kim poza bilməyəcək. Qətiyyətlə demək olar ki, Azərbaycanda sabitliyi pozmağa cəhd edənlər heç vaxt buna nail ola bilməyəcəklər.
-Sizcə, Gəncə hadisələrinin bir daha təkrarlanmaması üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?
-Hər bir hadisədən cəmiyyət və eləcə də dövlət orqanları bir ibrət dərsi çıxarmalıdır. Cəmiyyət ayıq-sayıq olmalı, kimin gəldi təbliğatına inanmamalıdır. Xüsusilə də cəmiyyətdə dini ayrıseçkilik salan, sünniliyi, şiəliyi təbliğ edən qruplardan uzaq duramalıdırlar. Onların arxasında məkirli qüvvələrin dayandığını bilməlidir. Bilməlidir ki, Azərbaycanda yaşayan müsəlmanlar Qranımız, peyğəmbərimizə və bu Quranı bizə göndərən tək Allaha inanırlar. Başqa məshəbləri təbliğ edən qüvvələrdən uzaq durmalıdır. Dövlətimiz də bu məsələlərdə həssas olmalıdır. Dövlətimizin xüsusi xidmət və hüquq-mühafizə orqanları bu məsələdə ayıq-sayıq olmalıdırlar. Elə edilməlidir ki, dini, milli zəmində ayrıçeçkilik təbliğatı aparan, sabitliyi pozmağa cəhd edən və xarici kəşfiyyata işləyən qüvvələr ifşa olunsun. Bunun üçün də hüquq-mühafizə orqanları bütün mümkün imkanlardan istifadə etməlidirlər. Xüsusən, yeni texnologiyalardan istifadə etməlidirlər ki, Azərbaycanda belə hallar təkrar olunmasın. Nəzərə alınmalıdır ki, Gəncə hadisəsi Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra baş verdi. Deməli, antiazərbaycan qüvvələri çalışırlar ki, cəmiyyətdə hər hansı çatışmaqlıq olduqda insanları özlərinə cəlb etsinlər və bundan öz məqsədləri üçün istifadə etsinlər. Ona görə də çalışmaq lazımdır ki, cəmiyyətdəki boşluqlar, neqativ hallar dərhal aradan qaldırılsın. Bunun üçün Azərbaycanın hər cür imkanları var.
Alim