Vəkillər üçün inzibati prosesə dair seminar keçirilib

Bugün Bakı şəhərində yerləşən WinterPark mehmanxanasında vəkilliyə yeni qəbul olunmuş üzvlər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilib.

Bugün Bakı şəhərində yerləşən WinterPark mehmanxanasında vəkilliyə yeni qəbul olunmuş üzvlər üçün "İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması" mövzusunda seminar keçirilib.

25 nəfər vəkilin iştirak etdiyi seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilib.

Bir gün davam edən seminar Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov, Vəkillər Kollegiyasının üzvü, GİZ-in eksperti Elçin Usub və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov tərəfindən aparılmış və inzibati prosesdə mübahisələndirmə barədə iddia və onun yoxlanılması, məcburetmə barədə iddia və onun yoxlanılması kimi mövzuları əhatə edib.

//barassociation.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31