Akademik Vaqif Fərzəliyev: "Gəncə iğtişaşı xalq-iqtidar birliyini pozmağa hesablanmışdı"

"İnsanı öldürməklə ondan qisas almaq və ya hansısa bir məqsədə çatmaq bütün dövrlərdə cəmiyyət tərəfindən pislənilib. İyulun 10-da bir qrup radikal ünsürün Gəncə şəhərinin mərkəzində qarşıdurma törətməyə cəhd etməsi ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin əməlləridir. Törədilən iğtişaş insanlarda təşviş yaratmaq, xalq-iqtidar birliyinə xələl gətirməkdən başqa bir məqsəd güdmür". Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.

"İnsanı öldürməklə ondan qisas almaq və ya hansısa bir məqsədə çatmaq bütün dövrlərdə cəmiyyət tərəfindən pislənilib. İyulun 10-da bir qrup radikal ünsürün Gəncə şəhərinin mərkəzində qarşıdurma törətməyə cəhd etməsi ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin əməlləridir. Törədilən iğtişaş insanlarda təşviş yaratmaq, xalq-iqtidar birliyinə xələl gətirməkdən başqa bir məqsəd güdmür".

Bu fikirləri  Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.

Akademik bildirib ki, Azərbaycanın sürətlə inkişafını, xalq-iqtidar birliyinin gündən-günə möhkəmlənməsini gözü götürməyənlər tərəfindən təşkil olunan bu iğtişaş ölkədə yaranmış siyasi sabitliyə və əmin-amanlığa zərrə qədər təsir edə bilməz. Çünki Azərbaycan xalqı müdrik xalqdır və belə pozucu qüvvələrə çirkin niyyətlərini reallaşdırmağa imkan verməyəcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31