Əkbər Qoşalı: “Dövlət-xalq birliyinin sarsılmasına imkan verməməliyik”

“Gəncədə baş verən son hadisələr birdən-birə baş verməyib. Hər bir hadisənin səbəbləri var və bu baş verdikdən sonra dövlət, ictimaiyyət bundan nəticə çıxarmağa borcludur”. Bu fikirləri Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

"Gəncədə baş verən son hadisələr birdən-birə baş verməyib. Hər bir hadisənin səbəbləri var və bu baş verdikdən sonra dövlət, ictimaiyyət bundan nəticə çıxarmağa borcludur".

Bu fikirləri Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, baş verənlərdə həm dövlət, həm də ictimaiyyətin eyni düşüncəni, dövlət-xalq birliyini, Prezidentin ətrafında sıx birləşməyi bir vurğu olaraq ifadə etməsi sevindirici haldır: "Azərbaycanda dövlət-xalq birliyini sarsıtmaq heç bir radikal, pozucu qüvvələrə nəsib olmayacaq".

Hadisənin haradan qaynaqlanması haqqında fikirlərini bildirən Ə.Qoşalı söyləyib ki, Gəncə hadisələri Ermənistan və onun havadarlarının diqqəti özlərindən yayındırmaq üçün hazırladıqları məkrli planın bir hissəsidir: "Bildiyiniz kimi həm Azərbaycanda, həm də Ermənistanda yeni seçkilər keçirildi. Düşmən ölkə yeni baş nazirini təyin etdi, Azərbaycanda isə cənab Prezident yenidən xalqın etimadını qazandı. Hər kəsə məlumdur ki, Ermənistan cəmiyyəti uzun illərdir ki, Azərbaycana nifrətlə, ölkəmizin guya zəif, məğlub vəziyyətdə olması ilə bağlı əsassız fikirlərlə aldadılır. Bundan yaxa qurtaranlar ya Ermənistanı tərk edir, ya da zindana atılır. Çünki, düşmən ölkədə azad fikir söyləmək faktiki olaraq mümkün deyil. Belə bir ortamda hakimiyyətə gələn Paşinyan hakimiyyətdə özünü möhkəmləndirmək üçün keçmiş hakimiyyətin bütün səhvlərini açıb göstərməli idi. Bu səhvləri açarkən də məlum oldu ki, Ermənistan cəmiyyətində ciddi fikir ayrılığı mövcuddur. Çünki yalan üzərində qurulan "səltənət" köpük kimi darmadağın olur. Bundan başqa işğalçı ölkənin generallarının qəhrəman obrazı dağılaraq məlum oldu ki, həmin şəxslər korrupsioner, cinayətkardırlar. Belə olan halda, hakimiyyətdə möhkəmlənmək istəyən Paşinyanın əlində heç bir əsas qalmır. Azərbaycan ordusunun Naxçıvan əməliyyatı zamanı qalibiyyəti, eləcə də ölkəmizdə həyata keçirilən hərbi parad onlar üçün növbəti zərbə olur. Bütün bunlar Ermənistanın Azərbaycan qarşısında nə qədər aciz və əzici olduğunu bir daha göstərmiş oldu. Görünür bundan qəzəblənən düşmən ölkə və onun havadarları diqqəti özlərindən yayındıraraq, Azərbaycanda pozuculuq əməlləri həyata keçirmək niyyətinə düşüblər. Onlar Azərbaycanda vətənpərvərlik hissi, şüuru, dövlətinə bağlı olmayan, insanlara çıxış yolu əldə etməklə iğtişaş yaratmağa cəhd etdilər".

MQF-nin idarə heyətinin üzvü söyləyib ki, xalqımız bütün hadisələrdə ayıq-sayıqlığını qoruyub saxlamağa borcludur: "Biz unutmamalıyıq ki, torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır. Düşmən yatmayıb".

Ə.Qoşalı qeyd edib ki, verənləri nəzərə alaraq, Azərbaycana xaricdən baxışı analiz etməyin zamanıdır: "Azərbaycana marağı olan dövlətlərdə qeydiyyatdan keçən saytlara, sosial şəbəkə istifadəçisi olan "azərbaycanlı" olanların, Ermənistan kəşfiyyat orqanlarının yazışmalarına baxdıqda görürük ki, Azərbaycanı sevməyən qüvvələr ən kiçik hadisələri belə böyüdərək öz maraqları naminə istifadə etmək fikrindədirlər ".

QHT rəsmisi vurğulayıb ki, Gəncədə iğtişaş yaratmaq istəyənlər öz istəklərinə nail ola bilmədilər: "Ancaq hadisə nəticəsində iki polis zabitinin həlak olması bizi kədərləndirir. Bir polis zabitini yetişdirmək o qədər də asan deyil. Xüsusilə də uzun müddət dövlətin asayişinin keşiyində duran şəxslərin itirilməsi bizi daha çox sarsıdır. Lakin baş verənlərdə bizi sevindirən məqam dövlət və xalqımızın birgə olmasıdır. Bu hər dövlətə, xalq nəsib olan hal deyil. Biz bundan sonra da bu birliyin sarsılmasına imkan verməməli, bu işdə öz töhfəmizi verməliyik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31