Daxili siyasət
Nazir müavini: "Dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb"
"Dövlət qulluği haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb. Buna uyğun olaraq yeni yanaşma müəyyən edilib". “Olaylar”ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Tvinninq layihəsinin bağlanış mərasimində çıxışında deyib. Nazir müavini həmin yanaşmaları sadalayıb: "Birincisi özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır ki, bu say 400-ə yaxındır və bunun optimallaşdırma nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzər alınmasıdır".
Ölkədə düşünülmüş iqtisadi siyasət aparılır
Ziyad Səmədzadə: “Zaman Azərbaycanın sənaye siyasətinin bir daha düzgün, gələcəyə hədəflənmiş olduğunu təsdiq etdi”
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. “OLAYLAR” Dövlət Komitəsinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbənin salındığını, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırıldığını qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2019-cu ildə də həmin məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrıldığını diqqətə çatdırıb, ayrılan vəsaitdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, dövlətimizin başçısı məcburi köçkünlərlə iş sahəsində vəziyyəti daim nəzarətdə saxlayır və bu işdə hər hansı yanlış və neqativ yanaşmanın təkrarlanmasına yol verilməyəcək.
Prezident sərəncam imzaladı - Tofiq Tağızadənin 100 illiyinin keçirilsin
Azərbaycan Prezidenti İlham Əliyev görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

.jpg)
.jpg)


.jpg)
.jpg)
.jpg)
.jpg)



.jpg)
