Nazir müavini: "Dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb"
"Dövlət qulluği haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb. Buna uyğun olaraq yeni yanaşma müəyyən edilib". “Olaylar”ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Tvinninq layihəsinin bağlanış mərasimində çıxışında deyib. Nazir müavini həmin yanaşmaları sadalayıb: "Birincisi özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır ki, bu say 400-ə yaxındır və bunun optimallaşdırma nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzər alınmasıdır".
25 Yanvar 2019 13:06 Siyasət"Dövlət qulluği haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb. Buna uyğun olaraq yeni yanaşma müəyyən edilib". "Olaylar"ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Tvinninq layihəsinin bağlanış mərasimində çıxışında deyib. Nazir müavini həmin yanaşmaları sadalayıb: "Birincisi özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır ki, bu say 400-ə yaxındır və bunun optimallaşdırma nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzər alınmasıdır".
M.Kərimli qeyd edib ki, bütün bu vəzifə və məqsədləri nəzərə alaraq yeni yanaşma müəyyən edilib: "Yanaşmanın 3 komponenti barədə məlumat vermək istəyirik. Birinci komponent ondan ibarətdir ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən edilir. İkincisi, vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılır, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən edilir. Üçüncüsü, dövlət qulluqçularının əmək haqları beynəlxalq təcrübə əsasında ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə daim uyğunlaşdırılır".
Nazir müavini qeyd edib ki, bu yanaşmanın əks olunduğu dövlət qulluqçularının əməyin ödənilməsi sistemi haqqında qanun layihəsi hazırlanıb, yekunlaşdırılaraq aidiyyatı dövlət orqanlarına təqdim olunub: "Biz onlardan daxil olan rəy və təkliflər əsasında qanun layihəsini yenidən təkmilləşdiririk. Gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sistemində dair layihələrin hazırlanması nəzərdə tutulur. Azərbaycan uzun illər ərzində müsbət təcrübələrin, innovasiyaların ixracatçısına çevrilməkdədir. Təklifim odur ki, Tvinniq layihəsi daha da təkmilləşdirilsin və aidiyyatı dövlət qurumları üçüncü ölkələrdə keçirilən tvinniq layihələrində ekspert qismində çıxış etsinlər. Tvinniq layihəsi çərçivəsində Avropa ölkələrindən olan ekspertlərlə yanaşı, yerli ekspertlərin də təcrübə və biiklətinş müraciət olunsun".