İki deputat sədr müavini vəzifəsinə namizəd oldu

Milli Məclisin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasında komitələrin sədr müavinləri də seçiləcək. Məlumata görə, iclasda Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında sənəd müzakirə ediləcək.Məlumatda bildirilir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Məlahət İbrahimqızının, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb. Yaz sessiyasının ilk iclasında hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31